|
|
|
Şagirdlərin böyük əksəriyyəti Azərbaycan adlı ölkə haqqında ilk dəfə eşitdikləri söyləmiş və çıxışı böyük maraqla dinləmişlər. Tədbirdə iştirak edən yapon müəllim və şagirdlər prezentasiya boyunca gördükləri şəkillər və çıxış zamanı eşitdikləri faktlar haqqında çoxsaylı suallarını R. Şahhüseynliyə ünvanlamış və suallarına cavab almışlar. Tədbirdə eyniyaşlı Azərbaycan şagirdlərinin gündəlik həyat tərzləri haqqında məlumat verilirkən qaçqın şagirdlərimizin problemləri şəkillı slaydlar vasitəsi ilə yapon məktəblilərinə çatdırılmışdır. Bütün tədbirlərdə olduğu kimi, bu dəfə də Qarabağ müharibəsinin qisaca tarixi, müharibənin səbəbləri və acı nəticələri haqqında şagirdlər və müəllimlər məlumatlandırılmışdır. Tədbir haqqında Aichi əyalətinin Kumoki bölgə mediasında yazılar dərc olunmuşdur. |