|
|
Azərbaycan-Yaponiya
Dostluq Cəmiyyətinin əsas ofisi Yaponiyanın Osaka əyalətinin Mino şəhərində
yerləşir. "Vətəndaşların Fəaliyyət Mərkəzi" adlı binada yerləşən ofisimizdə
normal fəaliyyət göstərmək üçün hər cür şərait vardır.
Ofisimizin qapıları hamınızın üzünə açıqdır!
AYDC uzvləri, Yaponiyada yaşayan və eləcə də bu ölkəyə səfər edən bütün
soydaşlarımız ofisimizdəki şəraitdən və xidmətlərdən təmənnasız istifadə edə
bilərlər. Aşağıda sadaladıqlarımız onlardan bəziləridir: işıqlı və
kondinsonerli ofis otağı, limitsiz internet bağlantısı, fotokopya maşını, broşür
və jurnalar çap etmək üçün xüsüsi cihaz, mini-kitabxana, mini-mətbəx, istirahət
guşəsi, sərbəst istifadə üçün geniş zal, konfrans və seminar zalları, və s.
(ofisdən şəkillər aşağıda) |