Yaponiyada yaşayan
Azərbaycanlılar 2003-cu il Novruz Bayramını
özünəməxsus
şəkildə qeyd
etdilər.
Bayrama hələ 1 həftə
qalmış, Yaponiyada uzun muddətdir yaşayan, hazırda Tokyo
şəhərində məskunlaşmış
Azəroğlu ləqəbli həmvətənimiz bu
ölkədə təhsil alan
bütün Azəri tələbələri, eləcə də burada yaşayan digər
soydaşlarımızı
öz evinə dəvət
etdi. Martın 21-i axşam saatlarında süfrəni Novruz Xonçası
və dadlı yeməklərlə
bəzəyən Azəroğlu bəy və ailəsi gələn qonaqları
çox səmimi qarşıladılar. Məclisə
toplaşanların yarısı ilk dəfə idi ki, digər həmvətənlərimizlə
əyani tanış
olurdular. Beləcə məclis həm yeni
tanışlıq, həm
də Novruz əhval ruhiyyəsi ilə
davam etdi. Bu məclisin
ən maraqlı cəhəti ondan
ibarət idi ki, ilk dəfə
olaraq Yaponiyada bu sayda Azəri bir yerə toplaşıb belə bir milli bayramı qeyd
edirdilər. Yaponiyada yaşayan
Azərbaycanlıların bir araya toplanmasının
bilavasitə təşkilatçısı olan
Azəroğlu Bəyin qonaqpərvərliyi
və mehriban davranışı yaddaşlara
əbədi həkk olunan bir xatirə oldu.
Öz isti yuvasını gün boyunca
Azərilərin ixtiyarına verən
Azəroğlu bəyə və həyat yoldaşına məclisdə
iştirak edənlər hamılıqla dərin minnətdarlıqlarını bildirirlər.
Məclisdə, Yaponiyda yaşayan
Azərbaycanlılarin
birliyini təmin etmək
üçün Yaponiyadakı
Azərbaycanlıların bu vaxta qədər
yeganə təşkilatı olan Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin (AYDC)
fəaliyyətini daha da
effektiv təşkil
etmək,
və bu cəmiyyət vasitəsi ilə
soydaşlarımız arasında daha sıx
ünsiyyət qurmaq yolları müzakirə olundu.
Elə bu
məclisdəcə AYDC-nin mail qrupunu yaratmağı
Rəhman Şahhüseynli öz üzərinə
götürdü.

AYDC-nin mail qrupuna
üzv olmaq üçün buraya basın.
Ertəsi gün (22
mart) təkrar
həmvətənlərimiz bir araya gəldilər. Tokyonun Odaiba səmtini gəzib Tokyo
göydələnlərini seyr
etdikdən sonra axşam yeməyini birlikdə bir restoranda
yedilər. Yaponiyada yaşayan Azərbaycanlıların mənalı
və eyni zamanda tarixi bir
görüşü
də beləcə başa
çatdı.
ÇGeriÇ
|