|
|
|
AYDC rəsmi dövlət qeydiyyatından
keçdikdən (17 fevral, 2006) sonra Yaponiyada əlaqədar qurumlara proyektlər
təqdim edərək qrantlar almaq üçün müraciət etmişdir. Belə müraciətlərdən biri 30
mart 2006-cı il tarixində Osaka əyalətinin Mino şəhər bələdiyyəsinə edilmişdir.
Qrant istəyi ilə müracət edən təşkilatlar üçün Mino bələdiyyəsi 22 aprel
tarixində təqdimat prezentasiyası təşkil etmişdir. 30-dan çox QHT-nin (NPO)
iştirak etdiyi bu prezentasiyada hər bir təşkilat təqdim etdiyi proyekt haqqında
münsiflər heyətinə və şəhər sakinlərinə geniş məlumat vermişdir. Uğurlu hesab
edilən proyektlərə qrantın verilməsi nəzərdə tutulurdu. Prezentasiyanın nəticəsi
və münsiflər heyətinin son qərarı 28 aprel 2006-ci ildə açıqlanmışdır.
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin təqdim etdiyi "Qafqaz-Xəzər Salonu"
adlı Azərbaycanı tanıtım proyekti bu qranta layiq görülmüşdür. |