|
| |
9
mart 2007-ci il tarixində bütün Türk Dünyası üçün mühüm əhəmiyyət kəsb edən
Azərbaycan və Türkiyə Diaspora Təşkilatları Rəhbərlərinin I
(birinci) Forumu Bakıda Heydər Əliyev adına sarayda keçirildi. Yüksək
səviyyədə təşkil olunmuş forumda dünyanın 48 ölkələsində yaşayan Azəri və Türk
diaspora təşkilatları rəhbərləri ilə yanaşı Azərbaycan Respublikası prezidenti
zati-aliləri cənab İlham Əliyev, Türkiyə Cümhuriyyəti baş naziri zati-aliləri
cənab Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Respublikasının lideri cənab
Məhmət Əli Tələt iştirak edirdi. Foruma xeyli sayda xarici qonaqlar, dövlət
rəsmiləri, nazirlər, millət vəkilləri, siyasi və ictimai xadimlər də dəvətli
idilər. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün "Azərbaycanın
sevinci sevincimiz, kədəri kədərimizdir." sitatı və portreti zalın sol küncündə,
ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik." sitatı və portreti isə
zalın sağ küncündə asılmışdı. Bu saray ilk dəfə idi ki, misli görünməmiş belə
bir həmrəylik, birlik və qardaşlıq nümunəsinə şahidlik edirdi.
Azərbaycan-Yaponiya
Dostluq Cəmiyyətini bu forumda cəmiyyətin sədri Dr. Rəhman Şahhüseynli təmisil
edirdi. Forumun rəsmi hissəsi 2 saata qədər davam etdi. Daha sonra iştirakçılar
Park Inn otelinə yollandılar. Burda Azərbaycan vəTürkiyə
diaspora təşkilatlarının birgə fəaliyyət mexanizmi müzakirə olundu. Geniş
çıxışlar və müzakirələrdən sonra bu diaspora təşkilatlarının birgə fəaliyyət
strategiyası, bir neçə tarixi əhəmiyyətli bəyənnamə və sənədlər qəbul olundu.
İşgüzar toplantıdan sonra Gülüstan
Sarayında cənab prezidentin adından ziyafət verildi. Burada səmimi söhbətlər
edildi, yeni tanışlıq əlaqələri quruldu və xatırə şəkilləri çəkdirildi. Ziyafət
Bakı bulvarında təşkil olunmuş atəşfəşanlıqla başa çatdı.
Beləcə, Azərbaycan və Türkiyə
Diaspora Təşkilatları Rəhbərlərinin I Forumu başa
çatdı. II Forumun Türkiyədə keçirilməsi qərarlaşdırıldı.
(Forumdan şəkillər aşağıda).
|
|
|
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda çıxış edərkən |
|
|
|
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin sədri Dr. Rəhman Şahhüseynli Azərbaycan və Türkiyə Disapora Təşkilatları Rəhbərlərinin I Forumunda |
|
|
|
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və AYDC sədri Dr. Rəhman Şahhüseynli |
|
|
|
Prezidentin İcra Aparatının rəhbəri Dr. Ramiz Mehdiyev və AYDC sədri Dr. Rəhman Şahhüseynli |
|
|
|
Azərbaycan Respublikası Prezidenti adından ziyafət: Gülüstan Sarayı |
|
|
|