|
| |
ÇGeri
25 noyabr 2006-cı il tarixində AYDC “Qafqaz-Xəzər Salonu” proqramının növbəti
tədbirini “Azərbaycan Milli Musiqisi və Rəqsi” başlığı altında keçirdi. Milli
rəqsimizi əks etdirən fotoşəkillərlə dizayn edilmiş plakatlar və broşürlər Osaka
əyalətinin elan guşələrinə və eləcə də Yaponiyada fəaliyyət göstərn xeyli sayda
beynəlxalq mərkəzlərə asılmışdı. Tədbir barəsində Yapon qəzetlərində və AYDC-nin
veb saytında yapon və ingilis dillərində elanlar dərc olunmuşdu. Tədbir bütün
Yaponiya ictimaiyyətinə açıq elan olunmuşdu.
Tədbirin təşkilatçısı AYDC sədri, Osaka Universitetində gənc
tədqiqatçı alim və “Qafqaz-Xəzər Salonu” layihəsinin müəllifi Rəhman Şahhüseynli
idi. Layihə 2006-cı ilin aprel ayında Yaponiyada 30-a yaxin QHT-nin iştirak
etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Hazırda alınan qrant vəsaiti ilə və
eləcə də AYDC sədrinin şəxsi imkanları hesabına Azərbaycanı Yaponiyada geniş
şəkildə təbliğ edən seminarlar və konfranslar həyata keçirilir, tədbirlər təşkil
olunur.
Seminar və konfarns uslubunda təşkil olunan əvvəliki
programlardan fərqli olaraq bu dəfəki tədrib bayram əhval-ruhiyyəsi təsiri
bağışlayırdı. Tədbirdə peşəkar rəqqas Ramil Cəfərov iştirak edirdi. Ramil bəy
bir neçə il əvvəl qastrol səfərinə Yaponiyaya gəlmiş və burada məskunlaşmışdır.
R. Şahhüseynli qısa nitq söyləyərək tədbiri açıq elan
etdikdən sonra bir-birinin ardınca şən rəqs və mahnılar salonu coşdurdu.
Təxminən 2 saata yaxın davam edən tədbirdə R. Cəfərov solo rəqslər numayiş
etdirdi. Qrup rəqslərimzdən video materiallar göstərildi. Klassik musiqimiz və
muğam səsləndirildikdən sonra, R. Şahhüseynli Azərbaycan xalqının dünya
musiqisinə verdiyi töhfələrdən danışaraq dahi Üzeyir Hacıbəyovdan bəhs etdi.
Tədbirdə iştirak edən yaponlar milli mədəniyyətimizə xususilə rəqs və musiqimizə
olan heyranlıqlarını bildirdilər. Sonuncu rəqsi oynamaq üçün zaldakı bütün
iştirakçılar rəqsə dəvət olundu. Yallı sədaları altında bütün iştirakçılar rəqs
etdi.
“Qafqaz-Xəzər Salonu”—Azərbaycanı təbliğat-tanıtma programının 4-cü mərhələsinin başa çatdığını elan edən AYDC sədri R. Şahhüseynli
tədbirin sonunda qısa nitq söyləyərək iştirakçılara dərin təşəkkürünü bildirdi.
Rəhman Şahhüseynli tədbir iştirakçılarını, Yaponiyada yaşayan cənublu-şimallı
bütün həmvətənlərimizi və eləcə də bu ölkədə yaşayan Türkiyəli soydaşlarımızı
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil edəcəkləri
bayram ziyafətinə dəvət etdi.
Bu münasibətlə təşkil ediləcək tədbir 28 dekabr 2006 cı il
tarixində Osaka şəhərində keçiriləcək. Daha geniş tərkibdə belə bir tədbirin
təşkil olunmasında məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin bu il Türkiyəyə səfəri zamanı irəli sürdüyü Türkiyə və Azərbaycan
diasporlarının birgə fəaliyyəti barədə təklifinin reallaşması istiqamətində
əməli iş görmək və eləcə də Yaponiyada yaşayan həmvətənlərimizin və
soydaşlarımızın birliyinə nail olmaqdır.
ÇGeri
(Tədbirdən şəkillər aşağıda)
|