Azərbaycan-Yaponiya mail  qrupuna üzv olmaq üçün buraya daxil olun.

 
Home
Up

             

                    

              

       

ÇGeri    

      AYDC rəsmi dövlət qeydiyyatından keçdikdən (17 fevral, 2006) sonra Yaponiyada əlaqədar qurumlara proyektlər təqdim edərək qrantlar almaq üçün müraciət etmişdir. Belə müraciətlərdən biri 30 mart 2006-cı il tarixində Osaka əyalətinin Mino şəhər bələdiyyəsinə edilmişdir. Qrant istəyi ilə müracət edən təşkilatlar üçün Mino bələdiyyəsi 22 aprel tarixində təqdimat prezentasiyası təşkil etmişdir. 30-dan çox QHT-nin (NPO)  iştirak etdiyi bu prezentasiyada hər bir təşkilat təqdim etdiyi proyekt haqqında münsiflər heyətinə və şəhər sakinlərinə geniş məlumat vermişdir. Uğurlu hesab edilən proyektlərə qrantın verilməsi nəzərdə tutulurdu. Prezentasiyanın nəticəsi və münsiflər heyətinin son qərarı 28 aprel 2006-ci ildə açıqlanmışdır. Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin təqdim etdiyi "Qafqaz-Xəzər Salonu" adlı Azərbaycanı tanıtım proyekti bu qranta layiq görülmüşdür. Proyektin müəllifi və təqdimatçısı AYDC sədri Rəhman Şahhüseynlidir.


Layihənin həyata keçirilməsində əsas məqsəd:


a)
  Yaponiyada çox az tanınan Azərbaycanı, onun mədəni irsini, tarixini, ədəbiyyatını, musiqisini, folklorunu, görkəmli şəxsiyytələrini, xalqımızın başına gətirilən müsibətləri və o cümlədən Qarabağ həqiqətlərini geniş şəkildə Yaponiya  ictimaiyyətinə çatdırmaq;
 

b) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Yaponyanın Baş Naziri cənab Koizumi Junichirionun 10 mart 2006-ci il  Tokyoda imzaladıqları “Yaponiya və Azərbaycan arasında dostluq və partnyorluq əlaqələrinin inkişaf etdirilməsi haqqında birgə     bəyənnamə”- nin 4-cü bəndindən irəli gələn məsələlərin praktiki olaraq həyata keçirilməsi istiqamətində vətəndaşlıq borcumuzu yerinə yetirmək,  AYDC adından bu işə öz töhfəmizi vermək.

 

Layihənin qısa məzmunu:

 

     Bu layihə 6 fərqli mövzunu əhatə edir. Bir il ərzində 6 dəfə ardıcıl konfrans və tədbirlər programı həyata keçirməklə bu layihə Azərbaycan haqqında fundamental biliklər verərək Yaponiya ictimaiyyətində ölkəmiz haqqında dərin təsəvvürlər yaradır. Tədbirlərin məzmunu və ardıcıllığı aparılan sorğuların əsasında Yaponiya reallıqlarına və yaponların maraq dairələrinə görə tərtib edilmişdir. Tədbirlər məzmunları üzrə aşağıdakı ardıcıllıqla həyata keçirilir:

 

1. Qafqaz və Xəzər regionunun coğrafiyası

2. Regionun və Azərbaycanın tarixinin (qədim zamanlardan ən yeni tariximizə qədər) bütün dövrlərindən bəhs olunur. Daha çox yeni və ən yeni tariximz haqqında məlumat verilir.  Qarabağ həqiqətləri qabarıq şəkildə və əyani vasitələrlə,  xərətə, şəkil və video materallarla Yaponiya ictimaiyyətinə çatdırılır.

3. Azərbaycan mədəniyyəti (adət-ənənələr, folklor, gündəlik həyat tərzi, inanclar, bayramlar və s.)

4. Qafqaz—Azərbaycan musiqisi və milli rəqslərimiz (milli musiqi alətlərimiz haqqında məlumat, eləcə də muğam, opera, balet, və müsir musiqi janrlarının video və audio nümayişi)

5. Azərbaycan dili (dil kursları: yapon turistlərinin Azərbaycana səfərləri zamanı bəsit dialoq qura bilmələri məqsədi ilə).

6. Milli mətbəximizin nümayişi (və eləcə də 1 illik proqramın en sonuncusu olduğundan iştirakçılarda xoş təəssüratlar yaratmaq məqsədi ilə milli mətbəximizdən bir neçə növ nümunə xörək hazırlanır və iştirakçılara təqdim olunur).

Keçirilən semianr-konfranslarla daha yaxından tanış olmaq üçün tədbirlər linkinə geri dönün. ÇGeri

Bizə yazın-Contact us-お問い合わせ はこちら