@@@@@@@@@@@@@
@@@@@@@@@@@@@@@@@@@@
| |
(Tədbirlər proqramından şəkillər
və AYDC-nin müraciəti
aşağıda).
25
fevral 2007-ci il tarixində Yaponiyanın Osaka əyaləytində Xocalı soyqırımının
15-ci ildönümünə həsr olunmuş bütün gün boyunca davam edən tədbirlər proqramı
həyata keçirildi. Tədbirə hazırlıqlar bir ay əvvəlcədən başlamışdı. AYDC-nin veb
saytında üç dildə elan yerləşdirilmiş, bir sıra ictimai yerlərə və beynəlxalq
mərkəzlərə bu barədə plakatlar asılmışdı. Tədbirlər proqramının təşkilatçısı və
gün boyunca sərginin izahçısı AYDC sədri Dr. Rəhman Şahhüseynli idi. AYDC-nin
digər üzvləri Emil İlyasov və Vagif Həsənov tədbirin əvvəlindən sonuna qədər
faəl iştirak edərək proqramın yüksək səviyyədə həyata keçməsində xüsusi rol
oynadılar.
Tədbirlər
proqramı üç hissədən ibarət idi: anma mərasimi, soyqırım sərgisi və imza toplama
kampaniyası. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin ruhu böyük
ehtiramla yad edildi. Erməni vəhşiliklərindən geniş bəhs edilərək barbar
ermənilərin törətdiyi əməllərin bariz nümunələrindən biri kimi Xocalı soyqırımı
göstərildi. Daha sonra, Osaka əyaləti Mino şəhərinin mərkəzində, AYDC ofisinin
yeləşdiyi binada təşkil olunmuş sərgi açıq elan edildi. Sərgidə Xocalı soyqırımı
həqiqətlərini əks etdirən xeyli sayda fotoşəkil nümayiş etdirildi. Bütün
materiallar yaponca izahı ilə təqdim olunurdu. Milli Qəhrəman mərhum Çingiz
Mustafayevin çəkdiyi məlum video kadrlar gün boyunca böyük plazma ekranda
təkrarlı göstərilərək Xocalı soyqırımının mahiyyəti və boyutları sərgiyə gələn
yaponlara çatdırıldı. Günorta saatlarından etibarən sərgiyə axın edən yaponlar
hamılıqla və
birmənalı şəkildə erməni vəhşiliyini pislədilər. Hər bir fotəşəkilə və video
kadra diqqətlə və ehtiramla baxan yaponlar ermənilərin törətdiyi əməlləri gbəşər
tarixinin ən böyük soyqırımlarından birih gvəhşilikh, gbarbarlıqh, gbəşəri
cinayəth, ginsanlığa üz qarasıh, gəsrin xəcalətih və bu kimi kəskin ifadələrlə
qiymətləndirərək öz münasibətlərini bildirdilər. Hiddətlərini açıq şəkildə ifadə
edən yaponlar gbəşər tarixinin bu qara ləkəsini təmizləmək üçün beynəlxaq
ictimaiyyətin erməniləri layiqincə cəzalandırmasının zəruriliyihni xüsusi
vurğulayırdılar. gBu hadisə 100 il bundan əvvəl baş versəydi bəlkə də bu qədər
bizi hiddətləndirməzdi. Ancaq dünyanın hər yerində hardasa eyni mənəvi
dəyərlərin
və
inkişaf etmiş sivilizasiyaların mövcud olduğu bir zamanda, cəmi 15 il əvvəl belə
bir soyqırımın törədilməsi anlaşılmazdır, yolverilməzdir, qəbul edilməzdir! Bu
bəşəri cinayətdir!h deyərək hiddətini bildirən sərgi iştirakçısı cənab Ş. Aoki
bütün dünya xalqlarının Xocalı soyqırımını tanıyıb pisləməsinin dünyada sülhün
bərqərar olmasında
və
bu cür
soyqırımların törədilməməsində
böyük rolu olacağı qənaətində olduğunu bildirdi.
Sərgi
salonunda
Azərbaycan bayrağı altında və soyqırım qurbanlarının fotəşəkilləri önündə imza
toplama standı qurulmuşdu. Xocalı soyqırımın tanınması və Azərbaycan
torpaqlarının 20 faizinin erməni təcavüzünə məruz qalması faktının pislənməsi
haqqında Yaponiyanın Baş nazirinə və Parlamentinə ünvanlanmış AYDC-nin müraciəti
imza toplama standına asılmışdı.
(Müraciətlərin mətni burada: Azərbaycanca--cənab Ş.Abeyə,
cənab Çikage Ogiyə,
cənab Yuhei Konoya; Yaponca--cənab Ş.Abeyə,
cənab Çikage Ogiyə,
cənab
Yuhei Konoya).
Gün
boyunca sərgiyə gələnlərin hamsı AYDC-nin müraciətini diqqətlə oxuyur və ölkə
rəhbərliyinin bu soyqırımı tanıyıb erməni təcavüzünü pisləməsinə tərəfdar
olduqlarını öz imzaları ilə təsdiq edirdilər.
Sərgiyə və imza toplama kampaniyasına gələnlərin aramsız davam etdiyini nəzərə
alaraq, saat 18:00-a qədər keçirilməsi planlaşdırılan proqram bir saat uzadıldı.
Saat 19:00-da bağlı elan edilən sərgi və kampaniyada yüzlərlə yapon və xarici
vətəndaşların imzaları toplanaraq Baş nazir cənab Şunzo Abeyə və Parlamentin hər
iki palatasına göndərildi. Müraciətin və toplanan imzaların surəti Yaponiyada
fəaliyyət göstərən media şirkətlərinə və beynəlxalq təşkilatlara da ünvanlandı.
(Tədbirlər proqramından şəkillər
aşağıda).
@
|