|
|
|
16 mart
2006-cı il Azərbaycan tarixinə əlamətdar bir gün kimi daxil oldu:
Dünya Azərbaycanlılarının
II Qurultayı Bakıda toplandı. Bu tarixdə
dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız doğma Vətən Azərbaycana
toplaşaraq onun problemləri ilə daha dərindən tanış oldular, geniş müzakirılər
apardılar, çox mühüm qərarlar qəbul etdilər və cari iş perspektivlərini
müəyyənləşdirdilər. Qurultaya Azərbaycan diasporunun təməl daşları--xarici
ölkələrdə yaşayıb Vətən üçün yaradıcı işlər görən Azərbaycanın övladları
və eləcə də Azərbacan üçün xeyirli işlər görən bu ölkənin dostları dəvət
olunmuşdular. Dünyanın 50-yə yaxın ölkəsindən gələn qurultay iştirakçıları
arasında Azərbaycanı Yaponiyada geniş şəkildə təbliğ edən Azərbaycan-Yaponiya
Dostluq Cəmiyyəti də vardı: AYDC-dən 3 nəfər qurultaya dəvətli idi:
AYDC təsisçisi və sədri Rəhman Şahhüseynli,
AYDC-nin fəxri sədri, Yaponiyanın Azərbaycandakı keçmiş səfiri cənab Toşiyuki
Fujivara və
AYDC üzvü Tomoaki Murakami.
|