| |
Yaponyada
AYDC-nin Xocalı Soyqırımının 14-cü il dönümünə həsr olunmuş növbəti tədbiri 22 fevral 2006-ci il
tarixdə keçirilmişdir.
Osakanın şimalında yerləşən Mino şəhərinin Kayano-Kita-Sho adlı məktəbində
keçirilən tədbirin təşkilatçısı
AYDC sədri Rəhman Şahhüseynli olmuşdur. 1 saatdan çox çəkən prezentasiya ilə
R. Şahhüseynli tədbir iştirakçılarına Azərbaycanı hərtərəfli tanıdan video-foto
materiallar göstərərək tarixi həqiqətlər, erməni vəhşilikləri, Xocalı Soyqırımı
və digər qanlı olaylar haqqında kifayet qədər məlumat vermiş, şagird və
müəllimlərin çoxsaylı suallarını cavablamışdır.
Sırf orta məktəb şagirdlərinə yönəlik
standart formatda hazırlanan bu prezenytasiya programı əvvəlki məktəblərdə
olduğu kimi burada da böyük maraqla dinlənilmişdir. Xocalı Soyqırımını və
erməni terrorunu əks etdirən 2 ədəd CD məktəb kitabxanasına
bağışlanılmışdır.
Tədbir əvvəldən axıra qədər video lentə alınmış, iştirakçılarla xatirə
fotşəkilləri çəkilmişdir. (Prezentasiyadan şəkillər aşağıda)
ÇGeriÇ
|