|
|
(Tədbir haqqında yazı Xaqani Məlikov tərəfindən
hazırlanmışdır.)
İki hissədən ibarət olan tədbirin ilk hissəsində qonaqlara müxtəlif ölkələrin mətbəxlərindən cürbəcür yeməklər təqdim edildikdən sonra ikinci hissəyə keçildi. Təxminən 2 saatdan cox çəkən bu hissədə isə dünyanın müxtəlif ölklərindən gəlmiş tələbələr oz milli geyimlərində kiçik səhnəciklər və rəqslər nümayiş etdirdilər. Azərbaycan təmsilçimiz Sevinc İbrahimova tədbirdə Qafqaz regionun məhşur rəqslərindən biri olan “ləzginka”ni milli geyimdə böyük məharətlə nümayiş etdirərək qonaqlardan böyük alqışlar aldı.
Fərəhləndirici hal idi ki, o gün səslənən musiqilərin arasında bizim də musiqimiz eşidilir və tədbiri bəzəyən bayraqların arasında bizim də üç rəngli bayrağımız dalğalanırdı. Onu da qeyd edim ki Niigatada Azərbaycandan, eləcədə Irandan, Rusyadan və başqa ölkələrdən umumiyyətlə milliyətindən və vətəndaşlıgından asılı olmayaraq özünü azərbaycanlı hesab edən xeyli həmyerlimiz yaşayir. Xüsusən Sevinc Xanıma və digər həmvətənlərimizə o gün orada Azərbaycanın da səsini duyurduqlarına görə mən şəxsən bir azərbaycanlı olaraq buradan öz təşəkkürlərimi bildirirəm və bundan sonra da fəal olmağı arzulayıram. |