Azərbaycan-Yaponiya mail  qrupuna üzv olmaq üçün buraya daxil olun.

 
Home
Up

             

                    

              

       

16 və 17 mart 2005-ci il tarixlərində Osaka/Mino şəhərinin 3 nömrəli orta məktəbinin bütün siniflərində Azərbaycanla baglı 1 saatlıq dərs keçirilmişdir. Dərslərin təşkilatçısı AYDC sədri və eləcə də həmin ildə bu məktəbdə ingiliscə müəllimi işləyən R. Şahhüseynli olmuşdur. Dərslər əsasən Azərbaycanın tarixi, coğrafiyası, sərhədləri, qonşu ölkələri, bu ölkələrlə münasibıtləri və s. əhatə etmişdir. Azərbaycanın regionda tutduğu mühüm coğrafi məkan, eləcə də zəngin təbii sərvətlərindən danışılmışdır. Bu faktorlardan dolayı Azərbaycanın tarix boynca bir neçə dəfə güclü qonşu imperiyalar tərəfindın istila olunması haqqında daha ətraflı məlumat verilmişdir. 1828-ci ildə Gülüstan müqaviləsi ilə Azərbaycanın 2-yə bölünməsi və o vaxtdan bəri milyonlarla Azərinin ailələ üzvlərindən, yaxın qohumlarından ayrı düşməsi və daim görüşə bilmə həsrəti ilə yaşaması şagirdlərdə kövrək hislər oyatmışdır. Bütün dərslərin sonunda "AYRILIQ" mahnısı R. Şahhüseynli tərəfindən gitara ilə ifa edilmiş və oxunulmuşdur. Bu mahnının vaxti ilə 2-yə bölünmüş Azərbaycanın acı və ağrılarını ifadə etdiyi izah olunmuşdur. Mahnı R. Şahhüseynli tərəfindən ingilscəyə tərcümə edilmiş və musiqi ahəngini pozmamaq üçüni tərcümədə bəzi ifadələr dəyişdirilmişdir ("AYRILIQ"-ğın R. Şahhüseynli tərəfindən tərcümə edilmiş variantı burada: PDF faylı). Mahnının solo hissəsini R. Şahhüseynli tək, nəqarətləri isə bütün sinif bir ağızdan oxumuşdur.

Dərslərdən şəkillər: (16 mart 2005 ci il)

Dərslərdən şəkillər: (17 mart 2005 ci il)

ÇGeriÇ

Bizə yazın-Contact us-お問い合わせ はこちら