| |
1 iyun 2005 ci ildə Mino şəhərinin
Nishi-Shogakkou məktəbində Azərbaycanı tanıtma tədbiri keçirilmişdir. Tədbirdə
Azərbaycanı AYDC sədri Rəhman Şahhüseynli geniş şəkildə tanıtmışdır.
PowerPoint slaydları ilə hazırlanmış tanıtma
prezentyasiyası maraqla dinlənilmiş və məktəblilərdə Azərbaycan haqqında
hərtərəfli təsəvvürlər yaradılmışdır.
Ənənəvi olaraq bu tədbirdə də Azərbaycan məktəblilərinin məktəb həyatı haqqında
danışılmış və işğal olunmuş torpaqlarımızdan, öz isti yuvalarından didərgin
düşmüş məktəblilər haqqında söz açılmışdır. Azərbaycanın dünya xəritəsində yeri,
ərazisi və qonşu ölkələri haqqına danışılmış, sülhsevər Azərbaycan xalqının
qanlı müharibəyə getməyə məcbur olmasının qısaca tarixindən bəhs edilmiş, və
beləcə adalar ölkəsində yaşayan məktəblilərdə quru sərhədləri olan bir
balaca bir ölkənin (Azərbaycanın) qarşılaşa biləcəyi müxtəlif problemlərdən
danışılmışdır. Tədbirin sonunda Azərbaycan eşitdiklərini unutmamaq üçün tapmaca
tipli (quiz) oyun oynanılmış və sualları düzgün cavablayan şagirdlərə
Azərbaycanın şəkilli postkardları hədiyyə olunmuşdur. Tədbirdən şəkillər:
|