|
|
|
16 iyun 2005-ci il tarixində
AYDC Mino şəhərinin 2-saylı orta məktəbində Azərbaycanı tanıtım presentasiyası
keçirdi. Prezentasiyada 100-ə yaxın şagird və xeyli sayda müəllim iştirak etdi.
Prezentasiyanın təşkilatçısı və çıxış edən AYDC sədri Rəhman Şahhüseynli idi.
AYDC-nin yaranma tarixi və zərurətindən bəhs edən R. Şahhüseynli təmsil etdiyi
ölkə-Azərbaycan haqqında iştirakçılara geniş və hərtəfərli məlumat verdi.
Şəkilli və videolu slaydlarlardan istifadə edilərək Azərbaycan tarixi,
mədəniyyəti, musiqisi, adət-ənənələri, coğrafiyası və bu kimi tanıdıcı amillər
şagird və müəllimlərdə bu ölkə haqqında xoş təəssüratlar yaratdı. Erməni
təcavüzündən və Azərbaycan torpaqlarının işğalından söhbət açılaraq, Qarabağ və
ətraf bölgələrdən qaçqın düşmüş insanların gündəlik həyatlarını əks etdirən
fotoşəkillər göstərildi. |