2002-ci ilin noyabr ayından başlayaraq AYDC Yaponiyada ibtidai və orta
məktəblərdə Azərbaycanı tanıtma tədbirləri keçirməyə başlamışdır. Bu
tədbirlərdən biri də 30 noyabr 2002-ci il (şənbə günü) Aichi əyalətinin Nagoya
şəhərindəki Jyugaoka yaşayış massivində yerləşən orta məktəblərin birində
keçirildi. Tədbirdə AYDC sədri və həmin il Nagoya Universitetində
magistratura təhsili alan Rəhman Şahhüseynli Azərbaycan haqqında geniş məlumat
verərək 200-ə yaxın yapon şagirdlərinində Azərbaycan haqqında təsəvvürlər
formalaşdırdı. Azərbaycan haqqında ilk dəfə eşitdiklərini
söyləyən məktəb rəhbəriyi tədbiri video lentə aldı və video lentin məktəbin
kitabxanasında saxlanacağını söylədi. Video materialdan gələcək illərdə bu
məktəbdə oxuyacaq şagirdlərin Azərbaycan haqqında bilgiləndirilməsi üçünistifadə
olunacağı bildirildi.
Tədbirdə Azərbaycanın coğrafiyası və tarixi,
əhalisinin həyat tərzi haqqında məlumat verildi. Daha sonra Azərbaycan türkcəsi ilə salamlama, hal-əhval soruşma və
vidalaşma sözləri Yaponca ilə müqayisəli şəkildə oyrədildi.
(Tədbirdən şəkillər
)
SALAM---Konnichiwa (こんにちは。)
NECESİNİZ?---O-genki desu ka? (お元気ですか。)
HƏLƏLİK---Sayonara. (さようなら。)
Bu ifadələri yapon şagirdləri tədbir boyunca dəfələrlə tələffüz edərək
yadda saxlamağa çalışdılar.
Tədbirdə Azərbaycan musiqisi və məktəblərdə oyunanılan bəz oyunlar da nümayiş
etdirildi. Həmçinin Azərbaycanda olan eyniyaşlı şagirdlərin gündəlik məktəb
həyatları haqqında məlumat verildi. Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən zəbt olunduğunu və bu torpaqlardan qovulan qaçqın şagirdlərin acı
güzəranları və məktəb həyatları barəsində danışıldı. Bu söhbət yapon
şagirdlərində kovrık hislər oyatdı. Bu barədə şagirdlər çoxsaylı suallarını R.
Şahhüseynliyə soruşdular. R. Şahhüseynli bütün sualları cavablandırdı və
Azərbaycana göstərdikləri marağa görə şagirdlərə təşəkkür etdi. Beləcə tədbir
başa çatdı. Tədbirdən şəkillər səhifənin davamında:
ÇGeriÇ
|