|
| |
AYDC Osaka/Mino şəhərində 29 oktyabr 2005-ci il
tarixində keçirilən festivalda Azərbaycanı təmsil etmək üçün stend açmaq
barəsində ərizə ilə Osaka/Mino şəhər bələdiyyəsinə müraciət etmiş və müraciət
qəbul olunmuşdur. Bu festivalda ölkəmizin daha geniş miqyasda və hərtərəfli
tanıdılması üçün 21 oktyabr tarixində AYDC bu barədə Azərbaycanın Yaponiyadakı
səfirliyinə xəbər verərək yardım istəmişdir. Qeyd edək ki, hələ də bu
ölkədə milyonlarla yapon "Azərbaycan" sözünün "kim?", "nə?" və ya "hara?" ifadə
etdiytini bilmirlər; Bu sözün
onlar üçün nə ifadə etdiyini soruşduqda bunun bir meyvə və yaxud tərəvəz
növü olduğunu təxmin edirlər (mənbə: AYDC mart 2005 rəy sorğusu, Osaka
şəhəri, Yaponiya).
Bu acınacaqlı vəziyyəti qismən də olsa
dəyişdirməyi qarşısına məqsəd qoyan AYDC 29 oktyabr festivsalının verəcəyi
fürsətdən istifadə edib Azərbaycanı Osakada tanıtdırmaq üçün olkəmizin
Yaponiyadakı səfirliyinə yardım üçün müraciət etmişdir. AYDC bu tanıtım işi üçün
maddi köməyə ehtiyacı olduğunu səfirliyə
söyləmiş, telefonla xahiş olunan məbləği bildirmiş,və imkan daxilində yardım
edilməsini xahiş etmişdir. Səfirlik tələb olunan məbləği göstərməklə rəsmi
məktubla müraciət olunmasını istəmiş və AYDC 24 oktyabrda istənilən məktubu həm
faks həm də poçtla səfirliyə çatdırmışdır. (Məktubun
tam mətni burada:PDF faylı). Ediləcək maddi köməyin dəqiq
və şəffaf şəkildə düzgün məqsədlə istifadə olunacağını əmin etmək üçün AYDC-nin
qəbz nümunəsi də məktuba əlavə edilərək səfirliyə göndərilmişdir (qəbz
burada:PDF faylı).
Məktub göndərildiyi gündən (24 oktyabr, həftənin
1-ci günü) başlayaraq həmin həftənin son iş gününün (28 oktyabr, həftənin
5-ci günü) son dəqiqisinə qədər (yəni festivalın başlanmasına
16 saat qalana
qədər!!!) 10-15 dəfə AYDC sədri R. Şahhüseynli tərəfindən səfirliyə telefon
edilərək yardım olunub olunmayacağı soruşulmuş, amma hər dəfəsində "Məktubunuza
baxılır; Hələ ki bir cavab yoxdur.." və sairə kimi
məsuliyyətsiz, qeyri-peşəkar və biganə münasibət göstərilmişdir.
En son anda (festivalın başlanmasına 16 saat qalmış) səfirlikdən telefon
edilərək "budcəmizdə pul yoxdur" cavabı verilmişdir.
Yardım məsələsi ilə bağlı səfirliyin AYDC-dən
rəsmi məktub istəməsi, xahiş olunan köməkliyin məbləğinin bu məktubda
bildirilməsini tələb etməsi festivala
hazırlaşan azərbaycanlılarda səfirlik tərəfindən köməklik olunacağına böyük ümid
yaratmışdı. Ancaq AYDC-nin müraciətindən 1 həftə keçməsinə
baxmayaraq səfirliyin cavab verməməsi (və yaxud cavab vermək istəməməsi)
festivala vaxtında (en azından maddi) hazırlıq görmək üçün vaxtımızı "əlimizdən almış"
oldu və dolayısıyla Azərbaycanı
tanıtma işinə əngəl oldu. Ən son anda yəni festivala 16 saat qalmış
"YOX" cavabı verməsi ilə
səfirlik əməkdaşları öz işlərini bitmiş hesab etdilər. Ən müqəddəs və təməl
peşə borclarıni (Azərbaycanın xaricdə tanınması, təmsil olunması və onun
vətəndaşlarına xidmət edilməsi) bu cür yerinə yetirdilər. "Büdcədə pul yoxdur"sa
bu gün də yoxdur, 1 həftə əvvəl də! 1 həftə əvvəl nə qədər köməyə ehtiyac
olduğunu deyəndə "yaz göndər" deyib 1 həftə sonra "pul yoxdur" demək ciddi bir
təşkilata yaraşan terz deyil.
Səfirlik son anda "pul yoxdur" deyib
festivalda Azərbaycanın daha geniş və effektli tanıdılmasına kömək
etməməklə yanaşı, AYDC-dən istədiyi yardım xahişi məktubuna vaxtında cavab verməməklə festivala hazırlığa
və AYDC-nin və azərbaycanlıların öz imkanlarını vaxtında səfərbər etməsinə böyük
əngəl oldu. Necə deyərlər: "əlimizdən tutmaqdansa, ayağımızdan dartdı!"
|