| |
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti
(AYDC)
mütəmadi
olaraq Yaponiyada bu iki ölkə haqqında müxtəlif mövzularda tədbirlər, əyləncəli
proqramlar, dəyirmi masalar, konfrans və seminarlar təşkil edir.
Cəmiyyət Azərbaycan və Yaponiyanın təqvimində mövcud olan milli bayramları,
xususi qeyd olunan günləri və milli matəm günlərini qeyd edir. Bu tədbirlər
vasitəsi ilə AYDC öz üzvlərini və onun xidmətindən istifadə edənləri bu iki xalqın
mədəniyəti və həyat tərzi ilə daha yaxından tanış etmək məqsədi güdur. AYDC həmçinin bu iki
xalqın adət-ənənələrini müqayisəli şəkildə bir-birinə çatdıra bilmənin mümkün
yollarını axtarır və təbliğ edir. Ölkələrimizin müxtəlif və xeyli uzaq coğrafi məkanlarda yerləşmələrinə baxmayaraq mədəniyyətlərimizin
yaxınlığını, düşüncə tərzlərimizdəki
çalarlar və digər mənəvi
dəyərlərimizdəki oxşarlıqları əsaslarla göstərmək AYDC-nin tədbirlərinin əsas
fonunu təşkil etməkdədir. Bu faktorların daha isti və yaxın
münasibətlər yaranmasında mühüm rol oynaya biləcəyinə inanaraq AYDC keçirdiyi
tədbirlərdə bu kimi dəyərlərə daha üstünlük verir. AYDC Azərbaycanın sadəcə
xoşagələn və könül oxşayan xüsusiyyətlərini ön plana çəkərək deyil eləcə də
mövcud problemlərimizdən, torpaqlarımızın işğalından, qaçqın və köçkünlərimizin
acınacaqlı vəziyyətindən bəhs edərək ölkəmizi hərtərəfli tanıtmağı qarşısına
məqsəd qoyur.
Keçirilən tədbirlərlə ətraflı tanış olmaq üçün səhifənin sol tərəfindəki linklərə daxil olun.
ÇGeriÇ |