|
|
|
5 İyul 2003-cü il tarixində AYDC və Gənc Xristian
Qadınlar Assosiyası (Young
Women's Christian Association--YWCA)
birgə seminar keçirdi.
"Nihongo Saron" (Yaponca Salonu) adlı bu ənənəvi
seminar mütəmadi olaraq 2-3 ayda 1 dəfə YCWA-in
təşəbbüsü ilə
keçirilir və hər dəfəsində fərqli ölkələrdən
nümayəndələr dəvət olunaraq öz ölkələri haqqında 2 saatlıq mühazirə oxuyub
məlumat vermələri xahiş olunur. Bu dəfəki "Nihongo Saron"un qonağı AYDC sədri
Rəhman Şahhüseynli, seminarın mövzusu isə "Hi no Kuni Azerubaijan" (Odlar Yurdu
Azərbaycan) idi. Bu barədə
YWCA-in internet səhifəsində məlumat yerləşdirilmişdir:
http://www.nagoya-ywca.or.jp/iroiro/03jigyouhoukoku.pdf
--faylın 7-ci səhifəsində). Seminara gələnlər arasında yaşlı yaponlar üstünlük təşkil
edirdi. Göstərdikləri kömək və əməkdaşlığa görə
YWCA-in
təmsilçilərinə təşəkkür edən R. Şahhüseynli tam 1 saat
yarım Azərbaycan haqqında ətraflı məlumat verdi, PowerPoint
slaydları vasitəsitlə fotolar, video materiallar və
böyük ekranda xəritələr və erməni təcavüzünü əks etdirən materiallar göstərərək
Qarabağ müharibəsinin səbəb və nəticələrindən danışdı. Bu dəhşətli faktları ilk
dəfə eşitdiklərini söyləyən seminar iştirakçıları erməni təcvüzunü pislədi və
fürsət düşdükcə bu həqiqətlərin sadə yapon vətəndaşlarına çatdırılmasına
çalışacaqlarıni söylədilər. |