|
|
Təsis olunduqdan sonra qısa zamanda geniş fəaliyyətə başlayan Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin (AYDC) bir qrup üzvü Yanvarın 11-də Aichi əyalətinin Nagoya şəhərində (Nagoya Dome-da)"Azərbaycan və Yaponiya mədəniyyəti" mövzusunda tədbir keçirdi. Təbirdə 2 ayrı qruplar şəklində 21 Yapon ailəsi iştirak edirdi. Tədbiri giriş sözü ilə açan AYDC sədri Rəhman Şahhüseynli iştirakçılara Azərbaycan və Yaponiya mədəniyyətlərinin oxşar və fərqli cəhətlərindən qısaca bəhs etdi. Tədbirdə öncə Yapon mədəniyyət nümunələri, o cümlədən ORIGAMI (kagızdan müxtəlif cür əşya və fiqurlar düzəldilməsi), ŞODOU (kagiz üsərində fırça ilə heroqliflərlə iri hərflər yazılması) və Yapon mətbəxindən bəzi xörəklər (SUŞI, ONİGİRİ) nümayiş etdirildi, xüsusi "yaşıl çay mərasimi" göstərildi. Bununla yanaşı, Yaponiyanın folklorundan rəqslər edildi və mahnılar oxundu. Tədbirdən şəkilləri böyük ekranda görə bilmək üçün isə həmin şəklin üstünə basın: Azərbaycanın növbəsində isə tədbir daha maraqlı davam
etdi.
Azərbaycanın təmsilçisi kimi, AYDC sədri
Rəhman Şahhüseynli ilk öncə Azərbaycanın dünya xəritəsində yerini axtarmadan
birbaşa göstərə biləcək şəxsə Azərbaycan musiqi CD-sini hədiyyə edəcəyini söylədi.
Tədbirdə (1-ci hissəsində) 30-a yaxın iştirakçı olduğuna baxmayaraq, onlardan
sadəcə 2 nəfər bu "müsabiqədə" iştirak etmək üçün qabağa çıxdı—12 yaşlı
Hiroyuki Yamada və 38 yaşlı Miçiko Nişigawa. H. Yamada Azərbaycanın xəritə üzrində yerini
çox dəqiqliklə göstərərək, hətta Azərbaycan dilində "SALAM" ilə
iştirakçiları salamlayaraq hədiyyənin qalibi oldu. Sonradan məlum oldu ki, hər
kəsi heyrətə salan bu balaca, Rəhman Şahhüseynlinin Nagoya şəhərindəki orta
məktəblərin birində Azərbaycan haqqında keçirdiyi tədbirdə iştirak etmiş və
bunları o zaman öyrənibmiş. Bu xoş təsadüflə tədbir oz programına davam etdi.
Növbə Azərbaycan musiqisinə gəldi. Azərbaycan musiqi nümunələri səsləndirildi. Tar və kaman haqqında iştirakçılara bilgi verildi. Musiqi tariximizdən, Üzeyir Hacıbəyov, Qara Qarayev kimi tanınmış bəstəkarlarımızdan, məşhur müğənnilərimizdən, o cümlədən Rəşid Behbudovdan və Zeynəb Xanlarovadan danışıldı. Maraqla izlənən bu "Musiqi bölümü"nün ən yaddda qalan hissəsi isə Azərbaycan körpələrinin çox sevdiyi "Cücələrim" mahnısının ifası oldu. Mahnının solo hissəsini Rəhman Şahhüseynli, xor hissəsini isə bütün iştirakçılar birlikdə ifa etdilər. Azərbaycanda körpələr və məktəblilər arasında səevilərək oynanılan
"Bənövşə" oyunu da maraqla oynanıldı. Əvvəlcə oyunun qaydaları iştirakçəlara izah
olundu. Daha sonra R. Şahhüseynlinin canlandırıcı ifadələri ilə körpələr və
valideynlər həvəslə oyunu davam etdirdilər. Maraqlı olan bu idi ki, bu oyuna çox bənzəyən başqa bir oyun Yaponda körpələr arasında
çox oynanılır. Hətta
oyunun adı belə, Azərbaycanda "Bənövşə" çiçəyinin adı ilə əlaqədar oldğu kimi,
bu ölkədə də yaponcada buna bənzər digər bir çiçək adı ilə bağlıdır. Bu oxşarlıq
iştirakçılarda, "eyni soydan gəlmə" təəsüratını daha da gücləndirdi. |