
Dr.
Rəhman Şahhüseynli
"Harada yaşamasından və hansı məslək sahibi olmasından asılı
olmayaraq, özünü Azərbaycanlı hesab edən hər bir kəs əqli, fiziki və maddi
imkanlarından maksimum istifadə edərək VƏTƏN üçün yaradıcı işlər görməlidir.
Bu müqəddəs borcu heç bir zaman unutmadan kiçik imkanlarım
çərçivəsində indiyə
qədər Azərbaycanımız üçün gördüyüm işlərdən biri də AYDC-nin təsisi
və Azərbaycanın Yaponiyada təbliğidir."
Azərbaycan-Yaponiya
Dostluq
Cəmiyyətinin (AYDC)
Təsisçisi
və Sədri
Dr. Rəhman Şahhüseynli |
|
Azərbaycan-Yaponiya Dostluq
Cəmiyyəti (AYDC) 21 Noyabr 2002-ci ildə Yaponiyanın Nagoya şəhərində təsis edilmişdir. Cəmiyyətin təsisçisi həmin ildə
Nagoya Universitetininin
Beynəlxalq İnkişaf
fakültəsinin Beynəlxalq Əməkdaşlıq programında magistratura təhsili almış
Dr. Rəhman Şahhuseynlidir.
AYDC-nin təsisində Nagoya Universitetinin bir qrup Yapon tələbə və müəllim
heyətinin də əməyi olmuşdur.
Cəmiyyətin yaradılmasında əsas məqsəd,
həmin ilə qədər yaponların böyük əksəriyyətinin adını belə
tanımadığı Azərbaycanı bu ölkədə geniş şəkildə
tanıtmaqdır. Cəmiyyət bu iki ölkə arasında sıx dostluq və əməkdaşlıq, mədəni və
maarifçilik əlaqələri qurmağı qarşısına məqsəd qoyur.
AYDC Azərbaycanın tarixini,
dil və ədəbiyyatını, adət-ənənələrini, coğrafiyasını, musiqisini, folklorunu,
tanınmış şəxsiyyətilərini və bu kimi özunəməxsus özəlliklərini tanıtmaqla,
Azərbaycanın Yaponiyada düzgun və müsbət imicnin yaradılmasına xidmət
edir. Cəmiyyət tarixi həqiqətləri, o cümlədən torpaqlarımızın
işğalını, Qarabağ
müharibəsinin tarixi köklərini, səbəb və nəticələrini Yaponiya
ictimaiyyətinə
çatdırmağı qarşısına məqsəd qoyur. AYDC həmçinin Azərbaycan və Yaponiya haqqında etibarli informasiya
mənbələrini araşdırıb toplayaraq öz bülletenlərində və web səhifəsində dərc
etməklə bu iki xalqın dostluq əlaqələrinə xələl gətirə biləcək məkrli
informasiya mənbələrinin ifşasına çalışır. Bununla AYDC oz üzvlərinin və
cəmiyyətin xidmətindən istifadə edənlərin
Azərbaycan və Yaponiya haqqında
daha doğru və etibarlı biliklər əldə etmələrinə köməklik edir.
ÇGeri
|