Azərbaycan-Yaponiya mail  qrupuna üzv olmaq üçün buraya daxil olun.

 
Home

             

                    

              

       


      AYDC sədri Dr. Rəhman Şahhüseynli, Xəzər Universiteti rektoru Prof. Hamlet İsaxanlının 8-19 mart (2009) tarixləri arasında Yaponiyaya işgüzar səfərəini təşkil etmişdir.

     Dr. R. Şahhüseynli Xəzər Universitetinin tədqiqatçısı kimi, dekabr 2008-mart 2009 tarixləri arasında Yaponiyanın nüfuzlu dovlət universitetlərindən biri olan Nagoya Universitetində tədqiqat aparmış və mühazirələr oxumuşdur. Həmin ərəfədə, Xəzər Universitei ilə Yaponiya universitetləri arasında ələqlərin qurulması məqsədilə Dr.Şahhüseynli Yaponiyada bir sıra universitetlə danışıqlar aparmışdır. Yaponiya tərəfi də Azərbaycan universitetləri ilə, o cümlədən Xəzər Universiteti ilə əməkdaşıqda maraqlı olduğunu  bildirmişlər. Bundan sonra Prof. Hamlet İsaxanlı Yaponiyaya dəvət olunmuş və müxtəlif dövlət və özəl universitetlərdə işgüzar görüşlər keçirilmişdir. Görüşlərdə ikitərəfli müqavilələr imzalanmış, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
     Dr. Şahhüseynli  Prof. İsaxanlını bütün görüşlərdə müşaiyyət etməklə bərabər Yaponiyanın tarixi və turistik yerlərini də gəzdirmişdir.
Görüşlərin təşkilində Nagoya Universiteti müəllimi Prof. Hisae Nakanişi də köməklik göstərmişdir. (AYDC adından Prof. Nakanişiyə minnətdarlığımızı bildiririk).

Prof. İsaxanlı 19 mart 2009 tarixində xoş təəsüratlarla Yaponiyadan Vətənə geri dönmüşdür.

   
 Beləcə, Azərbaycan-Yaponiya Dostluq Cəməyyəti Aərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin yaranması və inkişafına öz təhfəsini vermişdir. (Keçirilən görüşlər və gəzilən yerlərin fotoşəkilləri aşağıda).

JIIA-Yaponiya Beynəlxalq Münasibətlər İnstitutu, Tokyo

SPF- Sasakava Sülh Fondu, Tokyo

Cüt Körpu, İmperator Sarayı, Tokyo

Göydələnlər, Tokyo

GRIPS-Beynəlxalq Dövlət İdarəçiliyi Siyasəti İnstitutu, Tokyo

İsti Su "Gero", Gifu

Nagoya Universiteti, Nagoya

Ritsumeikan Universiteti, Beppu, Kyuşu

"Deniz Cehennemi", Beppu, Kyuşu

"Deniz Cehennemi", Beppu, Kyuşu

Aso Dağı (vulkanı), Kyuşu

"Daibutsu" (nəhəng Budda) ətrafı, Nara

Tarxi saray kompleksi, Nara

Qızıl Paviliyon, Kyoto

"Sado" (çay süfrəsi), Kyoto

Qızıl Paviliyon, Kyoto

Hiiragiya, yapon-sayağı qonaq evi, Kyoto

Doşişa Universiteti, Kyoto

Osaka Universiteti, Osaka

Osaka Universiteti, Osaka

Ritsumeikan Universiteti, Kyoto

 

 


 

Bizə yazın-Contact us-お問い合わせ はこちら