| |
29 oktyabr 2005-ci il tarixində AYDC Osaka/Mino
şəhərində keçirilən festivada Azərbaycan stendi açaraq ölkəmizi təmsil etdi.
Açıq havada keçirilməsi nəzərdə tutulan festival güclü yağış yağdığına görə
"Raitopia" adlı ictimai mərkəzdə keçirildi. Saat 10:00-dan 16:00-a qədər davam
edən festivalda Azərbaycan haqqında qısa video göstərildi, milli musiqi
nümunələrimiz səsləndirildi, üzərində bayraq, gerb və Azərbaycan xəritəsini
əks etdirən pamfletlər paylanıldı, ölkəmizin tarixi, coğrafiytası, Qarabağ
problemi və eləcə də xalqımızın tanınmış simaları ilə bağlı izahlı məlumatlar
verildi. Festivalda Azərbaycanda çox yeyilən yeməklərdən bir nümunə hazırlanaraq
simvolik qiymətlə festivala gələn yaponlara və digər Asiya ölkələrindən olan
festival iştirkçılarına təqdim olundu. Festivaldan bəzi anlar videoya çəkildi.
Günün sonunda festivalda iştirak edən azərbaycanlılar xatirə fotosu
çəkdirdilər.
(Festivaldan şəkillər səhifənin aşağı hissəsindədir.)
Festivala hazırlıq ərəfəsində Azərbaycanın Yaponiyadakı səfirliyinin ölkəmizin
tanıdılmasına qeyri-ciddi, məsuliyyətsiz, qeyri-peşəkar və biganə münasibət göstərməsi Yaponiyada yaşayan
Azərbaycanlıları məyus etdi, və onlarda təəssüf hissi oyatdı.Qeyd
edək ki, hələ də bu ölkədə milyonlarla yapon dünyada Azərbaycan adlı bir ölkə
olduğunu bilmirlər; "Azərbaycan"
sözünün onlar üçün nə ifadə etdiyini soruşduqda bunun bir meyvə və yaxud
tərəvəz növü olduğunu təxmin edirlər (mənbə: AYDC mart 2005 rəy sorğusu,
Osaka şəhəri, Yaponiya). Bu ürəkağrıdan fakta və AYDC-nin 29 oktyabr
festivalında ölkəmizi tanıtmaq üçün maddi yardım xahişinə baxmayaraq
Azrəbaycanın Yaponiyadakı səfirliyi belə bir müqəddəs iş --Vətəni tanıtma üçün
heç bir köməklik göstərmədi. Azərbaycanın tanıdılması üçün yardım xahişinə
"büdcəmizdə pul yoxdur" cavabı verildi. Müqayisə üçün qeyd edək ki, olkəmizin bu
festivalda yüksək səviyyədə tanıdılmasına sərf olunacağı təxmin edilən məbələğ
Yaponiyadakı səfirliyimizin əməkdaşlarının ayliq maaşlarının 1/3-i dir. O gündən
bəri Yaponiyada yaşayan azərbaycanlıları 1 sual çox dərindən düşündürür və
inanırıq ki bu olanları oxuyan hər kəsi düşündürəcək: "Görəsən tanınmayan
bir ölkənin səfirliyi üçün ölkəsini tanıtmaqdan daha vacib hansı məsələlər var
ki, büdcə o məsələlərə xərclənir ki, ölkəni də tanıtmağa pul qalmır?!" (Bu
barədə daha ətraflı məlumat burada).
Ümid edək ki, en azından Yaponiyada yaşayan həmvətənlərimiz bu sualla lazımı
yerlərə müraciət edərlər. Axı Azərbaycan bir demokratik ölkədir. Demokratik
ölkələrdə şəffaflıq prinsipi əsas tutulur və "təftiş haqqı" xalqa məxsusdur.
Bütün bunlara
baxmayaraq AYDC Osaka və Kobe şəhərində yaşayan azərbaycanlılarla bu festivalda
ölkəmizi təmsil etdi. Tədbir
haqqında Azərbaycan mediasında da yazılar dərc olunmuşdur.
(Onlardan biri burada:
http://www.express.com.az/second.asp?id=57517 )
Festivalda Azərbaycanı təmsil edənlərin fotosu: 1-ci şəkil soldan
sağa Günay Məmmədova (Kobe Universitetinde
magistratura tələbəsi),
Rəhman Şahhüseynli
(AYDC sədri və Osaka Universitetinde doktorluq namizədi), və sağdan birinci
Emil (Osaka Xarici Dillər Universitetində hazırlıq
tələbəsi).


ÇGeriÇ
|