| |
16 fevral 2006-ci il
tarixdə Osaka/Mino şəhərinin Kita-Sho adli orta məktəbində
AYDC Xocalı Soyqırımının 14-cü il dönümünə həsr olunmuş Azərbaycan haqqında tanıtım prezentasiyası vermişdir. Prezentsiyanın
təşkilatçısı və eyni zamanda prezentasiya boyunca çıxış edən AYDC sədri Rəhman
Şahhüseynli olmuşdur. R. Şahhüseynli 1 saat yarım vaxt ərzində Azərbaycan
haqqında geniş məlumat verərək məktəblilər və iştirakçı müəllimlərdə ölkəmiz
haqqında dərin təsəvvürlər və müsbət imicin formalaşmasına çalışmışdır.
Prezentasiyaya giriş kimi Azərbaycanın tarixi, mədəniyyəti, həyat tərzi,
insanları, iqtisadiyyatı və təbiəti haqqında 7-8 dəqiqəlik qısa video-film
nümayiş etdirilmiş və filmin əsasında sual-cavab formatında qısa söhbət
edilmişdir. Daha sonra Azərbaycanın ən qədim zamanlardan
tutmuş hazırkı
dövlət kimi formalaşmasına qədər olan dövrlər haqqında PowerPoint slaydları ilə
dolğun məlumat verilmişdir. Son 15-20 illik tariximizdə baş verən hadisələrdən
danışılmış, bu günlərdə 14 illiyi bütün dünya
azərbaycanlıları tərəfindən böyük
hüznlə yad edilən XOCALI SOYQIRIMIndan genış bəhs olunmuşdur. ŞƏHİDLƏR
XİYABANInın fotoşəklini böyük ekranda göstərən R. Şahhüseynli, Azərbaycanın
müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən oğulları və qızlarının
timsalında İLHAM və FƏRİZƏ barəsində danışmışdır. Prezentasiyadan 2 gün əvvəl
(14 fevral 2006-cı il) yaponların əksəriyyətinin qeyd etdiyi VALENTINE (Sevgililər)
gününün Azərbaycanda daha fərqli qeyd olunması qeyd olunmuş, və azərbaycanlılar
üçün "Sevgililər Günü"nün İlham və Fərizə haqqındakı əfsanələrlə bağlı
olub başqa bir tarixdə qeyd olunduğundan danışılmışdır. Göstərilən fotoşəkil və
bu iki qəhrəman şəhid haqqında danışılanlar şagirdlərin və iştirakçı
müəllimlərin ən çox diqqətini çəkən mövzu olmuşdur.
Çox saylı sualları
cavablayan
R. Şahhüseynli,
sual-cavab zamanı fəallıq nümayiş etdriən şagirdlərə özünün hazırladığı
fəxri-fərmanları və kiçik hədiyyələrini təqdim etmişdir.
Prezentasiya əvvəldən axıra qədər video lentə alınmışdır, iştirakçılarla xatirə
fotoşəkilləri çəkilmişdir.
(Prezentasiyadan şəkillər aşağıda)
|