| |
AYDC-nin Xocalı
Soyqırımının 14-cü il dönümünə həsr olunmuş növbəti tədbiri 22 fevral 2006-ci il
tarixdə Osaka/Mino şəhərinin Kayano-Sho adlı məktəbində
keçirilmişdir. Tədbirin təşkilatçısı və tədbir boyunca çıxış edib sualları
cavablayan AYDC sədri Rəhman Şahhüseynli olmuşdur.
Prezentasiyada həm Azərbaycanın hərtəfəfli tanıtımı olmuş həm də son
15 ildə ölkəmizin başına gətirilən bəlalardan, Qarabağ müharibəsindən, Xocalı
Soyqırımından və torpaqlarımızın işğalından geniş şəkildə bəhs edilmişdir.
Prezentasiyanın məzmunu 16 fevral tarixindəki ilə təxminən eyni olsa da, bu
tədbirdə iştirak edən şagird və müəllimlərin sayı daha çox olduğu üçün danışılan
mövzular da daha geniş təhlil edilmiş və xeyli sayda suallara cavablar
verilmişdir.
Bu dəfə də ŞƏHİDLƏR XİYABANInın tarixindən bəhs edilərkən orada uyuyan
qəhrəmanlar haqqında vijual və əyani vəsaitlər ğöstərilərək rus imperializminin
və erməni faşizminin vəhşiliklərindən danışılmışdır.
Tədbir əvvəldən axıra qədər video lentə alınmış, fotşəkillər çəkilmişdir.
(Prezentasiyadan şəkillər aşağıda)
|