| |
ÇGeri
30
sentyabr 2006-cı il tarixində AYDC “Qafqaz-Xəzər Salonu” proqramının növbəti
seminarını “Azərbaycan Mədəniyyəti” başlığı altında keçirdi. Seminar barəsində
Yapon qəzetlərində və AYDC-nin veb saytında yapon və ingilis dillərində elanlar
dərc olunmuşdu. Yaponiyada fəaliyyət göstərən xeyli sayda beynəlxalq mərkəzlərə,
ictimai təşkilatlaraın toplu fəaliyyət göstərdiyi məkanlara və universitetlərə
plakatlar asılmış, elektron mail vasitəsi ilə bu ölkənin bütün ali təhsil
ocaqlarına informativ broşurlar göndərlimişdi. Seminar bütün Yaponiya
ictimaiyyətinə açıq elan olunmuşdu.
Seminarin təşkilatçısı AYDC sədri, Osaka Universitetində gənc tədqiqatçı alim və
“Qafqaz-Xəzər Salonu” layihəsinin müəllifi Rəhman Şahhüseynli idi. Layihə bu
ilin aprel ayında Yaponiyada xeyli sayda QHT-lərin iştirak etdiyi qrant
müsabiqəsinin qalibi olmuşdur. Hazırda alınan qrant vəsaiti ilə və eləcə də
AYDC-nin daxili imkanları hesabına Azərbaydcanı Yaponiyada geniş şəkildə təbliğ
edən seminarlar həyata keçirilir və tədbirlər təşkil olunur.
“Qafqaz-Xəzər Salonu” programının bu dəfəki mühazirəçiləri Yaponiyada təhsil
alan Azərbaycanlı tələbələr, Niigata Universiteti doktorantı
Xaqani Məlikov və
Kobe Universiteti magistri Günay Məmmədova idi. Hər iki mühazirəçi təxminən 1
saata yaxın çıxış edərək Azərbaycan mədəniyyətinin müxtəlif aspektlərini Yapon
mədəniyyəti ilə müqayisəli şəkildə iştirakçılara çatdırdı. Yapon iştirakçılarda
Azərbaycan mədəniyyəti haqqında dərin təsəvvürlər yaratmaq məqsədi ilə əyani
vəsaitlərdən eləcə də video və foto materiallardan geniş şəkildə istifadə olundu.
2
saata yaxın davam edən AYDC-nin “Qafqaz-Xəzər Salonu”nun üçüncü
mərhələsi sual-cavab sessiyasi ilə davam etdi. Sonda, seminarın aparıcısı
R.Şahhüseynli yekun çıxışı edərək Azərbaycan mədəniyyətinin köklərinin ən qədim
şumer sivilizasiyasına söykəndiyini bildirdi. Zəngin Azərbaycan mədəniyyəti
haqqında mühazirələri sonuna qədər maraqla dinləyən iştirakçılara dərin
təşəkkürünü bildirən R.Şahhüseynli onları 25 noyabrda keçiriləcək “Azərbaycan
Milli Musiqisi və Rəqsi” tədbirində iştirak etməyə dəvət etdi.
(Seminardan şəkillər aşağıda)
ÇGeri
|