|
| |
ÇGeri
27 May 2006-ci tarixində Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti
(AYDC) “Qafqaz-Xəzər Salonu” adlı Azərbaycanı Yaponiyada tanıtım-təbliğat
layihəsinin
birinci seminarını keçirdi.
AYDC Osaka əyalətində təşkil etdiyi “Qafqaz-Xəzər Salonu” adlı Azərbaycanı
tanıtım-təbliğat programının açılışını etməklə
eyni zamanda
28 May—Respublika
Günününün
88-ci il dönümünü
qeyd etdi.
Seminar yapon ictimaiyyəti üçün nəzərdə tutulduğu üçün
sadəcə Yapon dilindən istifadə olundu.Tədbirdə
Osaka Universitetinin doktorantı, AYDC sədri Rəhman Şahhüseynli 2 saatlıq
məruzə ilə çıxış edərək əvvəlcə Azərbaycan Demokratik Respublikasının yaranma
tarixindən bəhs etdi, daha sonra Azərbaycan mərkəzdə olmaqla, Qafqaz və Xəzər
regionu haqqında geniş məlumat verdi. Seminar boyunca şəkil və video
materiallarla zəngin PowerPoint slaydları ilə Azərbaycanın tarixi yerləri,
rəngarəng təbiəti, coğrafiyası, Qarabağ problemi, işğal olunmuş ərazilər,
Azərbaycanın bu günkü inkişaf tempi və digər bu kimi mövzular ətraflı
işıqlandırıldı.
Seminar iştirakçıları
təəsüratlarını məruzəçi ilə paylaşdılar.
Yasuko Yamada adlı yapon xanım
bildirdi
ki, Azərbaycan adını ilk dəfə AYDC-nin “Qafqaz-Xəzər Salonu” elanlarından oxuyub.
Daha sonra Azərbaycanın bir
islam ölkəsi olduğunu internetdən öyrənib.
Fərqli
mədəniyyətləri öyrənməyə olan marağı onu AYDC-nin seminarına gətirib. R.
Şahhüseynlinin məruzəsinin
bir hissəsini dinlədikdən sonra və eləcə də Azərbaycanın həyat tərzi haqqında
göstərilən qısa video filmin nümayişindən sonra Yamada xanim Azərbaycanın
qapalı bir islam ölkəsi olması düşüncəsinin doğru olmadığını
başa düşdüyünü etiraf edti
və
belə bir seminarı təşkil etdiyi üçün R. Şahhüseynliyə minnətdarlığını bildirdi.
Yasuko Yamada daha sonra qeyd etdi ki, o bu seminardan aldığı xoş təəssüratlarını
bütün Yaponiyaya ictimaiyyətinə çatdırmaq üçün Asahi Shinbun qəzetində
Azərbaycan haqqında geniş yazı dərc etdirəcək. Xanım Y. Yamada
ən qısa zamanda
ailəvi Azərbaycana səyahət etmək qərarını elə seminar zalındaca verdi. O, gələn
həftə səfirliyimizə viza üçün müraciət edəcəyini söylədi.
AYDC-nin “Qafqaz-Xəzər Salonu” programının ilk mərhələsi belə xoş sonluqla başa
çatdı.
Novbəti mərhələ—“Azərbaycan Tarixi” seminarı 8 iyul 2006 ci il
tarixinə təyin olundu.
Seminar boyunca AYDC-nin 3 yapon üzvü—Tomoaki
Murakami, Makana Ono və Ayumi Kişiqami seminar zalının dizayn olunmasına,
iştirakçıların qeydiyyatına, və digər texniki məsələlərin həll olunmasıana kömək
etdilər. AYDC adından bu üzvlərə təşəkkür edirik.
(Seminardan
şəkillər aşağıda)
ÇGeri
|