| |
ÇGeri
8
iyul 2006-cı il tarixində Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti (AYDC)
“Qafqaz-Xəzər Salonu” adlı Azərbaycanı Yaponiyada tanıtım-təbliğat silsilə
programının sayca ikinci seminarını Osaka Universitetində keçirdi.
(Seminardan şəkillər aşağıda)
Seminarı AYDC və Osaka Universiteti birgə təşkil etmişdi. Seminara ciddi
hazırlıq görülmüş, bu barədə Asahi Shinbun və Yomiuri qəzetlərində elanlar dərc
olunmuş, Osaka əyalətindəki bütün beynəlxalq mərkəzlərə və universitetlərə
plakatlar və afişalar asılmış, və elektron mail vasitəsi ilə Yaponiyada
fəaliyyət göstərən bütün ali təhsil ocaqlarına informativ broşurlar
göndərlimişdir. Seminar bütün Yaponiya ictimaiyyətinə açıq elan olunmuşdu.
Bu
əlamətdar hadisə həm Yaponiya, həm Azərbaycan və həm də Osaka Universiteti
tarixinə öz “İLK” damğasını vurdu. Belə ki, Yaponiyada ilk dəfə idi ki,
belə böyük bir dövlət universitetində (Osaka Universiteti) uzaq bir
coğrafiyada yerləşən Azərbaycana həsr olunmuş seminar-konfrans
keçirilirdi, və bu konfransın təşkilatçısı da elə məhz azərbaycanlı—Osaka
Universitetində gənc tədqiqatçı alim, AYDC sədri Rəhman Şahhüseynli idi.
“Qafqaz-Xəzər Salonu” programının bu dəfəki mühazirəçiləri Yaponiyanın
Azərbaycandakı keçmiş səfiri cənab Toşiyuki Fujivara və bu ölkədə uzun
illərdir yaşayan soydaşımız cənab Xəlil Kələntər idi.
Seminarda cənab T.Fujivara Yaponiya-Azərbaycan əlaqələrini geniş şəkildə
işıqlandıraraq 1 saata yaxın məruzə ilə çıxış etdi. Son illərdə, iki ölkə
arasındakı dostluq və partnyorluq əlaqələrinin daha sürətlə inkişaf etməsini
mühazirəçı iki faktorla izah etdi: birincisi, mərhum Prezident Heydər Əliyevin
və cənab Prezident İlham Əliyevin bu ölkəyə səfərləri, ikincisi, AYDC-nin
Yaponiyadakı beş illik geniş və effektli fəaliyyəti. Cənab Fujivara Azərbaycanın
sürətlə inkişaf etdiyini və regionun lider dövlətinə çevrildiyini xüsusi
vurğuladı. Qarabağ probleminin həll olunmamasında Ermənistanın dekonstruktiv
mövqeyini əsas faktorlardan biri kimi göstərən natiq, Azərbaycan torpaqlarının
20 faizini Erməniztanın zəbt etdiyini və 1 milyona yaxın qaçqının acınacaqlı
vəziyyətdə yaşadığını iştirakçıların nəzərinə çatdırdı.
Cənab Xəlil Kələntər da öz növbəsində Azərbaycan tarixi haqqında 1 saatlıq
məruzə etdi. Ən qədim zamanlardan başlayaraq müasir tariximizə qədər bütün
dövrlərin xronoloji izahını verən mühazirəçı daha çox son 15 illik tariximizi
iştirakçılara çatdırmağa çalışdı, son illərdə Azərbaycanın başına gətirilən
müsibətlərdən, eləcə də Qarabağ müharibəsindən və cənubi Azərbaycanda baş verən
hadisələrdən bəhs etdi.
Seminarda müxtəlif təşkilatlardan, universitetlərdən, elmi tədqiqat
mərkəzlərindən xeyli sayda professor, tədqiqtçı, tələbə və eləcə də sıravi
vətəndaşlar iştirak edirdilər. 3 saata yaxın davam edən AYDC-nin “Qafqaz-Xəzər
Salonu”nun ikinci mərhələsi sual-cavab sessiyasindan sonra başa
çatdı. Seminarın aparıcısı R.Şahhüseynli iştirakçılara dərin təşəkürünü bildirdi
və onları 30 sentyabrda keçiriləcək növbəti—3-cü seminarda iştirak etməyə dəvət
etdi.
Seminar boyunca AYDC-nin 3 yapon üzvü—Tomoaki
Murakami, Makana Ono və Ayumi Kişiqami seminar zalının dizayn olunmasına,
iştirakçıların qeydiyyatına, sorğu anketlərinin
paylanmasına, seminarın video lentə alınmasına və digər texniki məsələlərin həll olunmasıana kömək
etdilər. AYDC adından bu üzvlərə dərin təşəkkürümüzu
bildiririk.
Seminardan şəkillər:
ÇGeri
|